Yeni uğurMəktəbin VII “A” sinif şagirdi Amin Nəsibov Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Respublika üzrə keçirilən sərbəst güləş idman yarışında I yeri tutaraq (85 kq) Azərbaycan çempionu olmuşdur.
Yeni uğurlar arzu edirik.
Rəsm müsabiqəsinin qalibiBakı Şəhəri üzrə Təhsil İdarəsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi Fəaliyyət Göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə Bakı şəhər məktəbliləri arasında “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
Məktəbimizin VIII “A” sinif şagirdi Abbaszadə Dəniz Seymur qızı müsabiqədə iştirak edərək I yeri tutduğuna görə diplomla təltif edilmişdir.
Yeni uğurMəktəbin V”B” sinif şagirdi Əzizov Adnan Elçin oğlu Azərbaycan Pankration Qrapplinq və MMA Federasiyası və School Boxa Azərbaycan Döyüş Liqasının təşkilatçılığı ilə 26 fevral Xocalı Soyqırımının xatirəsinə həsr olunmuş MMA üzrə keçirilən Respublika turnirində 25 çəki dərəcəsində I yeri tutduğuna görə diplomla təltif edilmişdir.
Yeni uğurlar arzu edirik.