“Koroğlu”dastanı mövzusunda "Açıq dərs"

15 fevral 2019- cu il tarixdə Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində həmin fənni tədris edən müəllim Gülarə Muxtarova 10 ç sinfində ”Koroğlu” dastanından təsvirilik və nəqletmə xüsusiyyətləri mövzusu üzrə açıq dərsi keçirdi. Şagirdlər dörd qrupa bölündülər. Dərsin məqsədi şagirdlərə qəhrəmanlıq, vətənpərvərlik hissini aşılamaqdır. Dərsdə ”Koroğlu” filmindən video- çarx izlənildi. Şagirdlər Koroğlunun Azərbaycan xalqının ən sevimli dastan qəhrəmanlarından biri olduğu, haqq və ədalət yolunda qılınc çalmaqla bərabər, bədahətən şeir demək, saz çalıb oxumağı da olduğunu qeyd etdilər və qəhrəmanlıq, igidlik haqqında atalar sözləri söylədilər. Dahi bəstəkar Üzeyir Hacıbəyovun "Uvertura"sı səslənərək, şagirdlərin ifasında şeirlər dinlənildi. Şagirdlər uverturanı dinləyərkən onlarda vətənpərvərlik hissinin yarandığını, əllərinə silah alıb düşmən üzərinə getmək arzusunu, döyüş əhval ruhiyəsi yaratdığını vurğuladılar. Daha sonra şagirdlərə mövzu ətrafında kartoçkalar təqdim olundu."Cəngi" sədaları altında krossvord üzərində tapşırıqlar yerinə yetirildi. Şagirdlər mövzu ilə bağlı rəsm əsərləri də çəkmişdilər. Qruplar üzrə qiymətləndirmə aparıldı.