Ana dilimizi sevək, sevdirək !

21 Fevral Beynəlxalq Ana Dili Günüdür. Həmin gün ilə əlaqədar olaraq məktəbimizdə məktəb rəhbərliyinin və valideynlərin iştirakı, Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Xanım və Vahabova Şəbnəmin rəhbərliyi ilə "Ana dilimizi sevək, sevdirək" adlı tədbir keçirildi. Tədbirdə şagirdlər mövzu ilə bağlı şeirlər söylədi,mahnılar oxudular. Dilimizin tarixində mühüm rolu olan ziyalılarımız haqqında məlumat verildi. C. Məmmədquluzadənin "Anamın kitabı" əsərindən bir səhnə şagirdlər tərəfindən canlandırıldı. Milli rəqs və musiqilərlə Ana dilimizin necə zəngin və möhtəşəm bir dil olduğu bir daha vurğulandı