Son Zəng çalındı

        Ömrümüzün ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri "Son zəng"in sədaları altında bitir. Bu zəngin sədaları isə ən çox XI-lərin qəlbinin simlərini titrədir. Bu zəng ilə XI-lər tənəffüs üçün dəhlizə yox, müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyurlar.
...Bu səs “SON ZƏNG”in səsidir... Bu zəngə “SON ZƏNG” deyirlər, amma zənnimizcə, o, son zəng deyil! Çünki o heç də son olaraq səslənmir! - Sizləri sonsuzluğa, bitib-tükənməyən fəaliyyətlərə, mübarizələrə, müvəffəqiyyətlərə uğurlayır! - Bəli, bu son zəng həyatınızdakı yeni bir mərhələnin başlanğıcıdır, fərqli aləmin, içində azadlıq, istək və arzuların reallaşmağa doğru getdiyi bir dünyanın astanasıdır! Bu zəngin adı SON ZƏNG olsa da, biz ona son deməyək! Həyəcandan, kövrək duyğulardan asılı olmayaq! Çünki bu günki dünya fərqlidir! - Onu idarə edə biləsən gərək! - Ondan asılı olmayasan gərək! - Onu gücün altında saxlamağı bacarasan gərək! Əziz məzunlar, bunun üçün də sizə yüksək başarılar, müasir dünyamızın qlobal tələblərinə uyğun güclü təhsil, zehin açıqlığı, ağıl və zəka gərəkdir!
Vətənimizin hər bir orta məktəblərində olduğu kimi, bu gün  məktəbimizdə də “SON ZƏNG” günü qeyd edildi. Məktəbin XI-ləri həm sevinir, həm də kədərlənirdilər. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri ilk öncə məktəbin direktoru  Rəhilə Baxşıyeva açıq elan etdi.
Məktəbimizin qocaman müəllimi Rübabə Abdullayeva çıxış edərək XI-lərə xoş arzularını bildirdi. Söz məktəbimizin məzunu olmuş Sənan Hüseynovun  anası, Alidə xanıma verildi. O da öz növbəsində şagirdləri təbrik etdi.

Sonda məktəb direktoru Rəhilə Baxşıyeva  çıxış edərək ürək sözlərini ifadə etdi: – “əziz onbirincilər, bizim dəyərlilərimiz, məktəbimizin dəcəl, şıltaq, kövrək, doğma və sevimli balaları, sizləri təbrik edirik.  Səsiniz-sədanız hər yerə yayılacaq! Bu zəngin səsi illər sonra da xatirələrinizdə səslənəcək. Lakin unutmayın ki, həqiqətən də bu son deyil! Hər son yeni başlanğıcdır! Başlanğıcınız mübarək olsun. Məktəbimizin dəyərli müəllim kollektivi də sizlərə xeyir-dua verir.
Məktəb I "A"  və  III "C" sinif şagirdləri öz rəqslərilə  XI-ləri təbrik etdilər. 
    Məktəbin məzunu Onur Fərhadov "BİLİK AÇARI"nı məktəbin I sinif şagirdi Mehdi Ağayevə təqdim etdi və SON ZƏNG çalındı!!!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi