Valideynləri ilə məktəb rəhbərliyi görüş keçirdi

10 iyun 2024-cü il tarixində valideyn iclası təşkil olundu. İclasın gündəliyində duran aşağıdakı mühüm məsələlər valideynlərlə birgə müzakirə olundu.
- valideyn nəzarəti;
- dövlət əmlakının qorunması;
- gündəliklərin vaxtlı-vaxtında yoxlanılması;
   İclasda iştirak edən məktəbin direktoru Rəhilə Baxşıyeva çıxış edərək şagirdlərin, eləcə də valideynlərin hüquq və vəzifələrini  xatırlatdı. O şagirdlər tərəfindən dövlət əmlakının qəsdən zay edilməsi məsələsi üzərində dayandı. Qeyd etdi ki,məktəb üzrə yeni yaradılmış ümumməktəb valıdeyn komitəsi sədri və müavinləri ilə birlikdə bu istiqamətdə  müxtəlif mövzularda söhbət aparmışdır. Aparılmış iclasların protokol qərarlarından eləcə də komitənin illik iş planından yararlanaraq valideynlər arasında maarifləndirmə işinin başlandığına diqqət çəkdi.Ailə tərbiyəsinin düzgün qurulmasının şəxsiyyətin formalaşmasında oynadığı əsas rolu xüsusi qeyd etdi. Eyni zamanda məktəblə daha sıx əlaqə qurmagın yolları və müəllimlərlə birgə həyata keçirilməsi zəruri olan mühüm məsələləri xatırlatdı. Bu sahədə xüsusi ictimai fəaliyyət göstərən valideynlərə məktəb kollektivi adında təşəkkür etdi.

   Ümumilikdə iclasda çıxış edən bütün valideynlər övladlarının təlim və tərbiyələri üçün üzərlərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi