Misilsiz tarixi zənginliklər diyarı

    23 mart 2024-cü il tarixində V "F" sinif şagirdləri sinif rəhbəri Jalə Məmmədovanın təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya etdilər. Ekskursiya Qız Qalasından başladı. Burada müəllim şagirdlərə Qız qalasının tarixi, inşası haqqında fikirləri, Orta Asiyadan Aralıq dənizinə qədər yayılmış 100-dən artıq Qız qalasının mövcud olmasından, müəyyən tarixi dövrdə qaladan rəsədxana kimi istifadə edilməsindən, bu abidə haqqında yaranan əfsanələrə istinad edilərək qədimdə qalanın atəşpərəsətlik məbədi kimi fəaliyyət göstərdiyinin ehtimal olunmasından məlumat verdi.

Daha sonra şagirdlər Şirvanşahlar saray kompleksi ilə tanış oldular. Burada onlara abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və sarayda yaşamış hökmdarlar haqqında geniş məlumat verildi.

Ekskursiya Miniatür Kitab muzeyində davam etdi. Şagirdlərin dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi “Ginnesin Rekordlar Kitabı”na düşmüş muzeyi ilə tanış olması sevimli yerlərdən biri oldu. Burada müxtəlif ölkələrin, müxtəlif ölçülərdə və fərqli dövrə aid olan kitablar yerləşirdi.

Sonda şagirdlər Pizza master-klassa da qoşuldular. Master-klassda onlar pizzanın bişirmə prosesini və standartlarını öyrəndilər, maraqlı və əyləncəli oyunlarda iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi