İngilis dili aylığı

Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur.

İngilis dili məktəbdə tədris olunan əsas fənlərdən biridir. Şagirdlər bu fənni böyük maraqla öyrənir. Bu dilin vacibliyini nəzərə alaraq aprel ayı məktəbimizdə ingilis dili ayı kimi qeyd olundu. Bu ay ərzində məktəbimizin şagirdləri ingilis dilində müxtəlif mövzularda referatlar, esseler yazdılar.  Məktəbin şagirdləri ingilis dilində danışan ölkələrin mədəniyyətinə, bayramlarına aid şəkillər çəkdi və əl işləri hazırladılar. Bu ayda məktəbimizdə “ingilis dili gecəsi” keçirildi. Gecədə tədbirin iştirakçılarına bu dil haqqında ətraflı məlumat verildi. Şagirdlər öz şeir parçaları, mahnıları, rəqsləri və səhnəcikləri ilə tədbiri daha da maraqlı etdilər. Tədbirdə İngiltərənin və Azərbaycanın görməli yerləri haqqında videoçarx da göstərildi. Bu ayda məktəbimizin ingilis dili müəllimi Aygün Baxşıyevanın nümunəvi dərsi dinlənildi. Dərs tam müasir, elektron interaktiv təlim metodlarına əsaslanan bir dərs idi. Dərs boyu şagirdlər fəallıq göstərdilər. Mövzu haqqında  ingilis dili müəllimi şagirdlərə ətraflı məlumat verdi, şagirdlər fərdi və qrup işi formasında müxtəlif tapşırıqlar yerinə yetirdilər. Bu dərs dinlənilənlər tərəfindən bəyənildi.

Bu cür aylıqların, tədbirlərin keçirilməsi şagirdlərin hərtərəfli inkişafına, fəallığına səbəb olur. İstərdik ki, şagirdlər ingilis dilini daha da yaxşı öyrənsin. Çünki bu zamanın tələbidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi