Müəllimlərin sertifikasiya imtahanı

24 iyun 2023-cü il tarixində təhsilverənlərin sertifikatlaşdırılması prosesinə Azərbaycan dili və ədəbiyyat fənnindən məktəb müəllimləri test imtahanına cəlb olundular.Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib . Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanmasə avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib. İmtahanda 50+ toplayan müəllimlərimiz Mustafa Həsəncanov 57, Azadə Musayeva 55, Cəmilə Məmmədova 54, Mehri İmamquliyeva 50, Gülarə Muxtarova 46, Ülkər Cəfərova 45, Nəzakət Həmidova 42. Müəllimlərimizi təbrik edirik.