"Çaylar" mövzusunda nümunəvi dərs

14 martın 2023-cü il tarixində məktəbin coğrafiya müəllimi Elmira Haşımzadə VII sinfində “Azərbaycan Respublikasının çayları və gölləri” mövzusunda nümunəvi dərs təşkil etdi. Dərsi keçirməkdə məqsəd Azərbaycan çaylarını və göllərini coğrafi mövqeyinə görə, göllərini axarlı və axarsız olmasına görə qruplaşdırmaq, Dərs qrup işi formasında təşkil edilib. Müxtəlif çay adları ilə adlandırılan qruplar dünya çayları haqda araşdırma aparıb, təqdimatlar hazırladılar. Sinfin həm bilik səviyyəsi, həm də tədqiqatçılıq qabiliyyəti və əməkdaşlığı yüksək qiymətləndirildi. Respublikanın çay və göllərini xəritə üzərində göstərmək bacarığını yoxlamaq olmuşdur. Dərsin iş forması kollektiv, fərdi və qruplarla iş olmuşdur. Dərsin gedişatına uyğun olaraq Elmira Haşımzadə Azərbaycan tarixi, ədəbiyyat və musiqi fənnlərinə inteqrasiya etmiş, Azərbaycanın fiziki xəritəsi, qlobus, dərslik, atlas resurslarından istifadə etmişdir. Qruplara bölünən şagirdlər mövzu ətrafında fikir mübadiləsi apararaq təqdimatlarını nümayiş etdirdilər. Təqdimatlar ətrafında müzakirələr apardılar. Dərs müasir təlim və texnologiyalar əsasında qurulmuşdu.