“Düşün və yarat” adlı yaradıcılıq müsabiqəsi keçirildi

    Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Düşün və yarat” adlı yaradıcılıq müsabiqəsi keçirildi. “Heydər Əliyev İli” çərçivəsində reallaşan müsabiqə düşüncənin inkişaf etdirilməsi məqsədilə keçirilir. Məktəbin təsviri incəsənət müəllimi Aytac Mədətovanın rəhbərliyi ilə məktəbin  IX "A" sinif şagirdi Natavan Rüstəmova, VI "C"sinif şagirdi Fatimə Hacızadə və VIII "B" sinif şagirdi Xədicə Mansırova rəsm əsəri ilə, VI "B" sinif şagirdi Yusif Gök heykəl ilə, VI "K" sinif şagirdi İsmayıl Quluzadə və VI "L" sinif şagirdi Valeh Məmmədov isə ixtira ilə müsabiqədə iştirak edərək diplomla təltif olundular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi