Məktəbdə fəaliyyət göstərən "Kiçik akademiya"barədə ümumi məlumat

Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2015-ci il tarixdən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölmədə Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Məktəbdə təşkil olunan Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Prezident - Əfsanə Dəmirçiyeva (10a) I vitse prezident – Eldar Baxşəliy (9b) II vitse prezident – Anar Məlikov (10c) III vitse prezident – Günel Quliyev (10c) Kafedra rəhbərləri: Azərbaycan dili kafedrası – Xoşqədəm Salmanova (10ç) Fizika kafedrası – Rəşad Əliyev (11d) Coğrafiya kafedrası – Asəm Abbasova(10a) Riyaziyyat kafedrası – Mircavid Əhədzadə (10b) Tarix kafedrası – Yusif Turabov (10ç) Kimya\biologiya kafedrası – Sürəyya Manaflı (10c)
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi