"Duzların hidrolizi" adlı “Açıq dərs” keçirildi

31 may 2019-cu il tarixində "Kiçik Akademiya"nın növbəti təqdimatı keçirildi. Məktəbin kimya müəllimi Şəlalə Hesenova 8a sinifdə “Açıq dərs” verdi. ”Açıq dərs”in mövzusu duzların hidrolizi idi. Dərsdə müzakirə, tədqiqatçılıq, cədvəllərlə iş, BİBÖ, Venn dioqramı təlim üsullarından istifadə olundu. Fərdi və qruplarla iş aparıldı. Öncə müəllim əlavə motivasiya edici suallar verdi. Sinif 4 qrupa bölünmüşdü: Dissosiasiya, İondəyişmə, Elektroliz, Hidroliz. Müəllim qruplara müəyyən tapşırıqlar verdi. Tapşırıqların cavablandırılmasına 10-12 dəqiqə vaxt sərf olundu. Sonra qruplar öz işlərini təqdim edib, apardıqları reaksiyaları izah etdilər. Sonda məktəb rəhbərliyi tərəfindən dərsin gedişatı müzakirə olundu və müəllimənin dərsi yaxşı qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi