“Sağlam həyat” günləri adlı layihə çərçivəsində idman tədbiri

       Aprelin 9 və 10-da Heydər Əliyev parkı və Biləcəri Mədəniyyət - İncəsənət parkında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sağlam həyat” günləri adlı layihə çərçivəsində idman tədbiri keçirilmişdir. Tədbirdə məktəbimizin yuxarı sinif şagirdləri fəal iştirak etmiş və məktəbimizi layiqincə təmsil etmişlər. Eyni zamanda, şagirdlər tədbir zamanı maraqlı və əyləncəli anlar yaşayıb, həm də sağlam həyat tərzinin əhəmiyyəti barədə məlumat əldə ediblər. Bu cür tədbirlər şagirdlərin həm fiziki, həm də əqli inkişafına müsbət təsir göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi