"İmtahan həyəcanı nədir? və onu necə aradan qaldırmaq olar?" mövzusunda maarifləndirici görüş

Aprelin 9-da məktəbin 9-cu sinif şagirdləri ilə "İmtahan həyəcanı nədir? və onu necə aradan qaldırmaq olar?" mövzusunda maarifləndirici görüş keçirilmişdir. Görüşdə məktəbin psixoloqu şagirdlərə imtahan həyəcanının əlamətləri, bu həyəcanın yaranma səbəbləri haqqında geniş məlumat vermişdir. Həyəcanı azaltmağın yolları izah edilmişdir. Həmçinin mövzu ilə bağlı şagirdlərlə motivasiyaedici söhbət aparılmış, onlara uğurlar arzulanmışdır.