Reproduktiv sağlamlıq mövzusu çərçivəsində növbəti məşğələ

Aprelin 7-də məktəbin 8 və 9-cu sinif şagirdləri ilə Reproduktiv sağlamlıq mövzusu çərçivəsində növbəti məşğələ keçirilmişdir. Görüşün məqsədi "Erkən nigah və qohum nigahının fəsadları" haqqında şagirdləri maraqlandırmaq olmuşdur. Məktəbin direktoru Şəfa Qurbanova və psixoloq Günay müəllimə şagirdlərə mövzu barədə maarifləndirici məlumat vermişlər, həmçinin şagirdlərlə söhbət aparmışlar. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xanım müəllimə, müəllimlər, şagirdlər iştirak etmişlər.