"Aprel döyüşləri ilə bağlı tədbir"

2 aprel döyüşləri, 2016-cı ilin aprel ayında Dağlıq Qarabağ münaqişəsinin ən gərgin dövrlərindən biri olaraq Azərbaycan və Ermənistan arasında baş vermiş mühüm bir hadisədir. Bu döyüşlər cəbhə xəttində kəskin toqquşmalara səbəb olmuş və həm Azərbaycan, həm də Ermənistan tərəfdən çoxsaylı itkilərə yol açmışdır. Azərbaycan Silahlı Qüvvələri bu döyüşlərdə strateji mövqelərini geri almış, bu da dövrün ən önəmli hərbi uğurlarından biri sayılır.
Bu hadisənin xüsusilə böyük əhəmiyyəti var, çünki Azərbaycan xalqı üçün aprel döyüşləri həm də şəhidlərin xatirəsinin yaşadılması və onların qəhrəmanlıqlarının gənc nəsil tərəfindən yad edilməsi baxımından çox mühüm bir anıdır. Məktəbimizdə bu hadisənin əhəmiyyətini şagirdlərə anlatmaq üçün tarix müəllimimiz Kəmalə müəllimin təşkilatçılığı ilə bugün 135 nömrəli məktəbdə aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Kəmalə müəllim aprel döyüşləri haqqında məlumat vermiş, həmçinin bu mövzuda filmlər izlənilmişdir. Bu, şagirdlərə tarixi hadisələri daha dərindən anlamağa kömək etmişdir.
Bugün həm də Aytən müəllimin qardaşı, şəhid İsmət Qismətoğlunun anım günüdür. Məktəbin direktoru Şəfa Qurbanova aprel döyüşləri və İsmət Qismətoğlunun dövləti üçün göstərdiyi qəhrəmanlıq barədə şagirdlərə ətraflı məlumat vermiş və şəhidlərin xatirəsinin yaşadılmasının vacibliyini vurğulamışdır. Bu cür tədbirlər, təkcə tarixi öyrətmək deyil, eyni zamanda şəhidlərimizin qəhrəmanlıqlarını gənclərə tanıtmaq və onların mübarizələrini gələcək nəsillərə çatdırmaq məqsədini daşıyır.Aprel döyüşləri Azərbaycan xalqı üçün böyük hərbi və milli mənəvi əhəmiyyət kəsb edir və bu gün də həmin hadisələr yaddaşlarda dərin iz buraxmaqdadır.