Sən elə bir zirvəsən

12 dekabr- doğma Azərbaycanı, xalqı üçün yaşamış, yaratmış, əlindən gələni əsirgəməyən, Ulu Öndərimiz, ümummilli liderimiz, əvəzedilməz sərkərdəmiz Heydər Əlirza oğlu Əliyevin anım günüdür. Heydər Əliyev- Azərbaycan müstəqilliyinin tarixi yaradıcısıdır. O, neçə ömürlər bəs edən bir ömür yaşamışdır. Qarşılaşdığı bütün dramatik şəraitlərdən, çıxılmaz və ağır anlardan o, yalnız qalib kimi çıxmışdır. O, nəinki ölkədə stabilliyi bərqərar etdi, həmçinin, Azərbaycanı dünya arenasında sayılıb-seçilən ölkələr içərisinə çıxardı.

Heydər Əliyev ömrünün əlli ildən çoxunu Azərbaycan xalqının inkişafına həsr etmiş, özünün saf mənəviyyat xəzinəsini insanların varlığına, onların rifahının yaxşılaşdırılmasına yönəltmişdir. O, öz fəaliyyətini bütövlükdə əks etdirən bir əbədi irs qoymuşdur.

Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın ən qədim diyarı olan Naxçıvanda dünyaya gəlmişdi. Bu ulu diyar, bu qədim kök onun dünya görnüşündə, mənəviyyatında, əxlaqında və düşüncə mədəniyyətində özünü qoruyub saxlamışdı.

129 nömrəli məktəbdə təşkil olunmuş “Sən elə bir zirvəsən” adlı ən yaxşı təqdimat layihəsinə  iştirakçılarının hazırladıqları təqdimatlar vasitəsi ilə səyahət etdik. Baxdıq....Baxdıqca qürur duyduq.

Dinlədik... Dinlədikcə, bu tarixi şəxsiyyətin ömür yolundan ibrət götürdük. Hazırlanmış təqdimatlarda  şagirdlər bu dahi şəxsiyyətə olan sevgilərini ifadə etmişdilər.

Sonda iştirakçılar diplomla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi