Kiçik Akademiya

"Kiçik Akademiya"nın konfransı keçirildi28.11.2023-cü il tarixində Nizami rayonu üzrə "Kiçik Akademiya"ların rayon konfransı keçirildi. Məqsəd şagirdlərin elmə marağının artırılması, fərqli məktəblərdən olan "Kiçik Akademiya" üzvlərinin təcrübə mübadiləsini təşkil etmək, üzvlər arasında qarşılıqlı əməkdaşlıq bacarıqlarını formalaşdırmaq, "Heydər Əliyev ili"nə həsr olunmuş"Kiçik Akademiya" üzvlərinin I Ümumşəhər Konfransına hazırlıq idi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Məktəbin direktoru Məhluqə Əzizova konfrans iştirakçılarını salamladı. Məhluqə xanım "Kiçik Akademiya"nın məqsəd və vəzifələri haqqında, konfransın keçirilməsinin əhəmiyyəti haqqında məlumat verdi. Bildirdi ki, "Kiçik Akademiya" yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi birliyidir. Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəsissələri ilə ümumi təhsil müəsissələri arasında akademik əlaqələrin genişləndirilməsi məqsədi ilə "Kiçik Akademiya"ların fəaliyyətinin təkmilləşdirilməsi BŞTİ-nin əsas fəaliyyət istiqamətlərindəndir. Şagirdlərin təqdimatları dinlənilərək təlimata uyğun meyarlar əsasında dəyərləndirildi.

Ətraflı

"Kiçik Akademiya"nın seminarı keçirildi2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident Ilham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" elan edilməsi barəsində imzaladigi sərəncama əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 12 mart 2021-ci il tarixli F-56 nömrəli əmrinin icrası məqsədi ilə, məktəbin fəaliyyət planına uyğun olaraq məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın humanitar bölməsinin rəhbəri Sevda Alıyevanın təşkilatçılığı, şagirdlərin təşəbbüsü ilə Nizami Gəncəvinin anadan olmasının 880-cı ildönümü ilə bağlı “Nizami mənəviyyatı” adlı seminar keçirildi. Seminarda şagirdlərin təqdimatları dinlənildi. 6a sinif şagirdləri Nağıyev Sadiq və İsmayılzadə Gülay “Nizami Gəncəvi və musiqi alətləri” mövzusunda təqdimat etdilər. Onlar Nizami Gəncəvinin əsərlərində vəsf olunan musiqi alətləri haqqında maraqlı təqdimat etdilər. 6a sinif şagirdi Vəliyev Araz “Nizami Gəncəvi və muğamlarımız” mövzusunda təqdimatında muğamların Nizami Gəncəvi əsərlərində necə vəsf olunması haqqında məlumat verdi. Seminarda çıxış edən məktəbin direktoru Məhluqə Əzizova şagirdlərə öz tövsiyyələrini verdi. Onlara “Kiçik Akademiya”da fəaliyyətləri barədə müəyyən istiqamətlər göstərdi. Seminarda məktəbin psixoloqu Həqiqət Ələkbərova, şagirdlər, müəllimlər, valideynlər iştirak etdi.

Ətraflı

"Kiçik Akademiya"nın hesabat tədbiri keçirildi"Kiçik Akademiya" yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil-maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvülüyü əsasında yaradılan ictimai birlik, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. Kiçik Akademiyanın fəaliyyəti bölmələr üzrə təşkil olunur. Onun tərkibində humanitar, təbiət, fizika, riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmiistiqamətlər üzrə bölmələr yaradıla bilər. Bu gün "Kiçik Akademiya"nın növbəti seminarı onlayn formada keçirildi. Məqsəd elmi və yaradıcı axtarışlara sövq edilməsi, tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması, elmi dünyagörüş formalaşdırılmasında sistemli fəaliyyəti təşkil etmək, şagirdlərin elmi cəmiyyətdə, dərnəklərdə, elmi lahiyələrdə iştirak etmək vərdişlərinin formalaşmasına əlverişli şərait yaratmaqdır. Hesabat tədbirində bölmələr üzrə şagirdlər mövzular üzrə tədqiqat işlərini təqdim etdilər. Azər Allahverdiyev 8ç, Fidan Hüseynova 8ç, Mehri Mehdizadə 8ç, İntiqam Vəliyev 8ç, Huseyn Quliyev 8a, Nicat Kərimzadə 9a, Anar Babayev 7d, Gültən Nurulu 7d, Zaman Tahirli 7a, Vüsalə Misirxanova 7a, Fatimə Kamilzadə 7e öz işlərini slaydlarla göstərdilər. Məktəbin direktoru Məhluqə Əzizova şagirdlərin təqdimatlarını dinlədi. Onlara tövsiyyələrini verdi, istiqamətləndirdi. Akademiyanın prezidenti Faizə Hüseynova görülən işlər haqqında hesabat verdi. Bölmə rəhbərləri Kəmalə Allahverdiyeva, Rəbiyyə Bayramova, Təranə Qurbanovanın hesabatları dinlənildi. Sonda şagirdlərin fikir və təklifləri dinlənildi, növbəti seminarın vaxtı müəyyənləşdirildi. Tədbirdə məktəb direktoru, direktor müavini, müəllimlər və şagirdlər iştirak edirdi.

Ətraflı

"Kiçik Akademiya"nın seminarı keçirildiBakı şəhəri üzrə Təhsil İdarəsinin 19.10.2020-ci il tarixli F-205 nömrəli əmrinin icrası məqsədilə 20.11.2020-ci il tarixində məktəbin “Kiçik Akademiya”sının onlayn olaraq növbəti iclası keçirildi. Məqsəd “Kiçik Akademiya”nın fəaliyyətinin təkminləşdirilməsi, şagirdlərin elmi axtarışlarının təbliğ edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, istedadlı şagirdlərin seçilib “Sabahın Alimləri” Respublika Müsabiqəsində iştirakını təmin etməkdir.Məktəbin direktoru Məhluqə Əzizova “Kiçik Akademiya”nın məqsədi prioritet istiqamətləri barədə şagirdlərə, müəllimlərə məlumat verdi. Bildirdi ki, istedadlı şagirdlərin vaxtında aşkar olunması, onlara düzgün istiqamət verilməsi, şagirdlərin gələcəkdə elmi tədqiqat işlərinə cəlb olunması, onların yerli və beynəlxalq müsabiqələrdə iştirak etməsi, xüsusi ilə “Sabahın Alimləri” Beynəlxalq Müsabiqəsində layiqli iştirakı üçün “Kiçik Akademiya”nın rolu danılmazdır.Görüşdə “Kiçik Akademiya”nin cari ildə fəaliyyət planı,görüləcək işlər barədə ətraflı müzakirələr aparıldı. Akademiya prezidenti coğrafiya müəllimi Faizə müəllimə şagirdlərin tədqiqat işləri haqqında hesabat verdi. Daha sonra təbiət bölməsinin rəhbəri Ema müəllimə, humanitar bölmənin rəhbəri Sevda müəllimə, riyaziyyat və fizika bölməsinin rəhbəri Kəmalə müəllimənin hesabatları dinlənildi. Şagirdlərin təqdimatları müzakirə olundu. Onlara müəyyən istiqamətlər verildi, tövsiyyələr olundu. Tədbirdə şagirdlər, müəllimlər, valideynlər iştirak etdi.

Ətraflı

"Kiçik Akademiya" haqqında tədqiqat işlərinə başlanılacaqBu gün şanlı Azərbaycan ordusu qəhrəmanlıq tarixi yazır. Azərbaycan əsgəri nümunəvi qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, işğalçı Ermənistan təxribatına layiqli cavab verir. 30 ilə yaxın düşmən torpağında olan rayon və kəndlərimiz işğaldan azad edilir, üçrəngli bayrağımız o torpaqlarda dalğalanır. İnanırıq ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi və milli ordumuzun qüdrətiylə Qarabağ düşmən təxribatından azad olacaq, üçrəngli bayrağımız Qarabağın hər bir guşəsində dalğalanacaq.Məktəblərdə tədris bərpa olunduqdan sonra, məktəbin “Kiçik Akademiyası”nda şagirdlərimiz işğaldan azad olunmuş ərazilərimiz haqqında tədqiqat işlərinə başlayacaq. Məqsəd azad olunan ərazilərimizin tarixi,mədəniyyət, milli-mənəvi sərvətləri, abidələri haqqında şagirdləri məlumatlandırmaq, milli vətənpərvərlik tərbiyəsi iftixar hissi aşılamaq, onlarda kiçik yaşlardan elmə maraq oyatmaq, tədqiqatçılığa sövq etmək,“Kiçik Akademiya”nın işini təkmilləşdirməkdir.Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazilərimiz işğaldan azad olunur, xalqımıza məxsus milli sərvətlərimiz, o cümlədən Vejnəli qızıl yatağı onun özünə qaytarılır.

Ətraflı
HAQQIMIZDA

129 nömrəli məktəb 1979-cu ildən fəaliyyətə başlayıb.  Məktəb 2014/2015-ci tədris ilində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı üm...

BİZİM FƏXRLƏRİMİZ

Rüfət Həsənli Rauf

Zaman Tahirli Zaur

HAQQIMIZDA

129 nömrəli məktəb 1979-cu ildən fəaliyyətə başlayıb.  Məktəb 2014/2015-ci tədris ilində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı üm...

BİZİM FƏXRLƏRİMİZ

Rüfət Həsənli Rauf

Zaman Tahirli Zaur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi