"Kiçik Akademiya" haqqında tədqiqat işlərinə başlanılacaq

Bu gün şanlı Azərbaycan ordusu qəhrəmanlıq tarixi yazır. Azərbaycan əsgəri nümunəvi qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, işğalçı Ermənistan təxribatına layiqli cavab verir. 30 ilə yaxın düşmən torpağında olan rayon və kəndlərimiz işğaldan azad edilir, üçrəngli bayrağımız o torpaqlarda dalğalanır. İnanırıq ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi və milli ordumuzun qüdrətiylə Qarabağ düşmən təxribatından azad olacaq, üçrəngli bayrağımız Qarabağın hər bir guşəsində dalğalanacaq.Məktəblərdə tədris bərpa olunduqdan sonra, məktəbin “Kiçik Akademiyası”nda şagirdlərimiz işğaldan azad olunmuş ərazilərimiz haqqında tədqiqat işlərinə başlayacaq. Məqsəd azad olunan ərazilərimizin tarixi,mədəniyyət, milli-mənəvi sərvətləri, abidələri haqqında şagirdləri məlumatlandırmaq, milli vətənpərvərlik tərbiyəsi iftixar hissi aşılamaq, onlarda kiçik yaşlardan elmə maraq oyatmaq, tədqiqatçılığa sövq etmək,“Kiçik Akademiya”nın işini təkmilləşdirməkdir.Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazilərimiz işğaldan azad olunur, xalqımıza məxsus milli sərvətlərimiz, o cümlədən Vejnəli qızıl yatağı onun özünə qaytarılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi