"Kiçik Akademiya"nın seminarı keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 19.10.2020-ci il tarixli F-205 nömrəli əmrinin icrası məqsədilə 20.11.2020-ci il tarixində məktəbin “Kiçik Akademiya”sının onlayn olaraq növbəti iclası keçirildi. Məqsəd “Kiçik Akademiya”nın fəaliyyətinin təkminləşdirilməsi, şagirdlərin elmi axtarışlarının təbliğ edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, istedadlı şagirdlərin seçilib “Sabahın Alimləri” Respublika Müsabiqəsində iştirakını təmin etməkdir.Məktəbin direktoru Məhluqə Əzizova “Kiçik Akademiya”nın məqsədi prioritet istiqamətləri barədə şagirdlərə, müəllimlərə məlumat verdi. Bildirdi ki, istedadlı şagirdlərin vaxtında aşkar olunması, onlara düzgün istiqamət verilməsi, şagirdlərin gələcəkdə elmi tədqiqat işlərinə cəlb olunması, onların yerli və beynəlxalq müsabiqələrdə iştirak etməsi, xüsusi ilə “Sabahın Alimləri” Beynəlxalq Müsabiqəsində layiqli iştirakı üçün “Kiçik Akademiya”nın rolu danılmazdır.Görüşdə “Kiçik Akademiya”nin cari ildə fəaliyyət planı,görüləcək işlər barədə ətraflı müzakirələr aparıldı. Akademiya prezidenti coğrafiya müəllimi Faizə müəllimə şagirdlərin tədqiqat işləri haqqında hesabat verdi. Daha sonra təbiət bölməsinin rəhbəri Ema müəllimə, humanitar bölmənin rəhbəri Sevda müəllimə, riyaziyyat və fizika bölməsinin rəhbəri Kəmalə müəllimənin hesabatları dinlənildi. Şagirdlərin təqdimatları müzakirə olundu. Onlara müəyyən istiqamətlər verildi, tövsiyyələr olundu. Tədbirdə şagirdlər, müəllimlər, valideynlər iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi