"Kiçik Akademiya"nın hesabat tədbiri keçirildi

"Kiçik Akademiya" yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil-maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvülüyü əsasında yaradılan ictimai birlik, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. Kiçik Akademiyanın fəaliyyəti bölmələr üzrə təşkil olunur. Onun tərkibində humanitar, təbiət, fizika, riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmiistiqamətlər üzrə bölmələr yaradıla bilər. Bu gün "Kiçik Akademiya"nın növbəti seminarı onlayn formada keçirildi. Məqsəd elmi və yaradıcı axtarışlara sövq edilməsi, tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması, elmi dünyagörüş formalaşdırılmasında sistemli fəaliyyəti təşkil etmək, şagirdlərin elmi cəmiyyətdə, dərnəklərdə, elmi lahiyələrdə iştirak etmək vərdişlərinin formalaşmasına əlverişli şərait yaratmaqdır. Hesabat tədbirində bölmələr üzrə şagirdlər mövzular üzrə tədqiqat işlərini təqdim etdilər. Azər Allahverdiyev 8ç, Fidan Hüseynova 8ç, Mehri Mehdizadə 8ç, İntiqam Vəliyev 8ç, Huseyn Quliyev 8a, Nicat Kərimzadə 9a, Anar Babayev 7d, Gültən Nurulu 7d, Zaman Tahirli 7a, Vüsalə Misirxanova 7a, Fatimə Kamilzadə 7e öz işlərini slaydlarla göstərdilər. Məktəbin direktoru Məhluqə Əzizova şagirdlərin təqdimatlarını dinlədi. Onlara tövsiyyələrini verdi, istiqamətləndirdi. Akademiyanın prezidenti Faizə Hüseynova görülən işlər haqqında hesabat verdi. Bölmə rəhbərləri Kəmalə Allahverdiyeva, Rəbiyyə Bayramova, Təranə Qurbanovanın hesabatları dinlənildi. Sonda şagirdlərin fikir və təklifləri dinlənildi, növbəti seminarın vaxtı müəyyənləşdirildi. Tədbirdə məktəb direktoru, direktor müavini, müəllimlər və şagirdlər iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi