"Kiçik Akademiya"nın konfransı keçirildi

28.11.2023-cü il tarixində Nizami rayonu üzrə "Kiçik Akademiya"ların rayon konfransı keçirildi. Məqsəd şagirdlərin elmə marağının artırılması, fərqli məktəblərdən olan "Kiçik Akademiya" üzvlərinin təcrübə mübadiləsini təşkil etmək, üzvlər arasında qarşılıqlı əməkdaşlıq bacarıqlarını formalaşdırmaq, "Heydər Əliyev ili"nə həsr olunmuş"Kiçik Akademiya" üzvlərinin I Ümumşəhər Konfransına hazırlıq idi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Məktəbin direktoru Məhluqə Əzizova konfrans iştirakçılarını salamladı. Məhluqə xanım "Kiçik Akademiya"nın məqsəd və vəzifələri haqqında, konfransın keçirilməsinin əhəmiyyəti haqqında məlumat verdi. Bildirdi ki, "Kiçik Akademiya" yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi birliyidir. Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəsissələri ilə ümumi təhsil müəsissələri arasında akademik əlaqələrin genişləndirilməsi məqsədi ilə "Kiçik Akademiya"ların fəaliyyətinin təkmilləşdirilməsi BŞTİ-nin əsas fəaliyyət istiqamətlərindəndir. Şagirdlərin təqdimatları dinlənilərək təlimata uyğun meyarlar əsasında dəyərləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi