"Kiçik Akademiya"nın seminarı keçirildi

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident Ilham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" elan edilməsi barəsində imzaladigi sərəncama əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 12 mart 2021-ci il tarixli F-56 nömrəli əmrinin icrası məqsədi ilə, məktəbin fəaliyyət planına uyğun olaraq məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın humanitar bölməsinin rəhbəri Sevda Alıyevanın təşkilatçılığı, şagirdlərin təşəbbüsü ilə Nizami Gəncəvinin anadan olmasının 880-cı ildönümü ilə bağlı “Nizami mənəviyyatı” adlı seminar keçirildi. Seminarda şagirdlərin təqdimatları dinlənildi. 6a sinif şagirdləri Nağıyev Sadiq və İsmayılzadə Gülay “Nizami Gəncəvi və musiqi alətləri” mövzusunda təqdimat etdilər. Onlar Nizami Gəncəvinin əsərlərində vəsf olunan musiqi alətləri haqqında maraqlı təqdimat etdilər. 6a sinif şagirdi Vəliyev Araz “Nizami Gəncəvi və muğamlarımız” mövzusunda təqdimatında muğamların Nizami Gəncəvi əsərlərində necə vəsf olunması haqqında məlumat verdi. Seminarda çıxış edən məktəbin direktoru Məhluqə Əzizova şagirdlərə öz tövsiyyələrini verdi. Onlara “Kiçik Akademiya”da fəaliyyətləri barədə müəyyən istiqamətlər göstərdi. Seminarda məktəbin psixoloqu Həqiqət Ələkbərova, şagirdlər, müəllimlər, valideynlər iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi