COP-29 ilə bağlı maarifləndirici görüş keçirildi

 

Məktəbin direktoru Məhluqə Əzizova IX və X sinif şagirdləri ilə məktəbin akt zalında maarifləndirici görüş keçirdi. Məqsəd "Birləşmiş Millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə Konvesiyasının Tərəflər konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi, COP-29-un məqsədi haqqında şagirdlərin məlumatlandırılması idi. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji problemlərin aradan qaldırılması istiqamətində istedadlı şagirdlərin yeni ideyalarla layihələrə qoşulmağa, təşviq etmək, onlarda milli qürur, milli iftixar hissinin aşılanmasıdır. Görüş müzakirə ilə davam etdi. Şagirdlər mövzu ilə bağlı fikirlərini bildirib, yeni ideyalarını müzakirə etdilər. Sonda şagirdlər COP-29-la bağlı videoçarxa tamaşa etdilər. Bildirildi ki, COP-29-un ölkəmizdə keçirilməsi Beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük hörmətini ifadə edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi