Məktəbdə psixoloji iş davam edir

Bu gün IV siniflərdə imtahan ilə bağlı olaraq məktəb psixoloqları psixoprofilaktik iş təşkil etdilər və şagirdlərlə imtahanqabağı maarifləndirici söhbətlər apardılar. Məqsəd şagirdlərdə imtahan həyəcanının səbəblərini aşkar etmək və onlarda gərginliyi, stresi azaltmaq və onlarda imtahan həyəcanının aradan qaldırılmasına kömək etmək idi. Sonda şagirdlərə mandala şəkilləri paylanıldı və uşaqlar onu işlədilər. Mandala stresslə mübarizədə, diqqəti toplamağa və öz yaradıcılığını kəşf etməyə kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi