Məktəblilər arasında Breyn-Rinq keçirildi.

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş intellektual yarış- Breyn-Rinq keçirildi. Məqsəd Heydər Əliyevin həyat və fəaliyyəti, hakimiyyəti dövründə Azərbaycan üçün gördüyü işlər haqqında şagirdlərin məlumatlandırılması, dünyagörüşün artırılması, onlarda tarixi hadisələrə rəy bildirmək, təhliletmə, əməkdaşlıq, ünsiyyətqurmabacarıqlarının təkmilləşdirilməsi, tarixi şəxsiyyətlərin tanıdılmasıdır.
Məktəbin direktoru Məhluqə Əzizova Ümummilli Lider Heydər Əliyev haqqında "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda məruzə ilə çıxış etdi, şagirdlərə uğurlar arzuladı. Tarix müəllimləri Naimə Məmmədova və Aidə Kərimova, psixoloqlar və təşkilatçı müavin Rəlanə Sadıqzadənin təşkilatçılığı ilə 3 turdan ibarət yarışda şagirdlər sualları cavablandırdı, öz düşüncələrini bölüşdülər. Yarışda fərqlənən şagirdlər rəhbərlik tərəfindən kubok və hədiyyələrlə dəyərləndirildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi