"7Aprel-Ümumdünya Sağlamlıq Günü"

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbirlərimiz davam edir. Tədbirlər planına əsasən bu gün 06.04.2024-ci il tarixdə I "a" sinif şagirdləri sinif müəllimləri Ramilə Məcidovanın təşkilatçılığı və məktəbin psixoloqlarının iştirakı ilə "7Aprel-Ümumdünya Sağlamlıq Günü" ilə əlaqədar olaraq "Daha yaşıl dünya, daha gözəl təbiət bizim əlimizdədir!" mövzusunda şagirdlərlə təmiz ətraf mühit haqqında maarifləndirici söhbətlər aparıldı. Psixoloqlar öz çıxışlarında qeyd etdilər ki, sağlamlıq fiziki, psixi və sosial rifah deməkdir. Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq zərərli vərdişlərin mənfi nəticələri haqqında da məlumat verildi. Mövzu ilə bağlı şagirdlərin hazırlıdıqları əl işləri ürək açan oldu. Şagirdlər sağlam həyat tərzinin insan həyatında rolunu əl işləri ilə qiymətləndirdilər. Hazırladıqları rəsmlər kreativliyi ilə seçilirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi