"Zərərli vərdişlər. Alkoqolizm və narkomaniya"

Elm və Təhsil Nazirliyinin 2023-cü il 13 fevral tarixli 3-29-59/2-500/2023 nömrəli əmrlə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin 8-9-cu siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən tədbirlər silsilə şəkildə davam etdirilir. "Reproduktiv sağlamlığa dair" metodik vəsaitə və "Gender əsaslı zorakılıqla mübarizəyə dair " tədbirlər planına əsasən "Zərərli vərdişlər. Alkoqolizm və narkomaniya" mövzusunda məktəbin 8-ci sinif şagirdlərinə məşğələ keçirildi.Tədbirdə məktəbin psixoloqları Həqiqət Ələkbərova, Qəndab Mustafayeva, məktəbin həkimi Aytən xanım çıxış etdilər. İlk öncə narkotik haqqında danışıldı. Narkotiklər-ilk növbədə sinir hüceyrələrini zədələyən və insan orqanizmini bərpa olunmaz şəkildə dağıdan zəhərli maddələrdir; digər zəhərli maddələrdən fərqlənən bu maddə qısamüddətli, hətta birdəfəlik qəbuldan sonra kəskin fiziki və psixi asılılıq yaradır. Daha sonra alkoqolizm haqqında- Spirtli içki qəbul edən şəxsin qanındakı alkoqol müəyyən miqdardan artıq olarsa, o zaman kəskin zəhərlənmə baş verir. Nəticədə, insan tənəffüs iflicindən məhv olur. Məşğələ diskkusiya formasında keçirildi. Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi