IX sinif qızları ilə "Yeüniyetmələrin sirrləri" mövzusunda söhbət aparıldı

Elm və Təhsil Nazirliyinin 2023-cü il 13 fevral tarixli 3-29-59/2-500/2023 nömrəli əmrlə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin 8-9-cu siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən tədbirlər silsilə şəkildə davam etdirilir. "Reproduktiv sağlamlığa dair" metodik vəsaitə və "Gender əsaslı zorakılıqla mübarizəyə dair " tədbirlər planına əsasən "Yeniyetmələrin sirrləri" mövzusunda məktəbin 9-ci sinif qızlarına məşğələ keçirildi.Məşğələdə məktəbin psixoloqları Həqiqət Ələkbərova, Qəndab Mustafayeva və həkim Aytən Şövkətli çıxış etdilər. Məşğələ zamani psixoloqlar və həkim yeniyetmə şagirdlərə yeniyetməlik statusunun özəlliklərindən, orqanizmdə baş verən dəyişiklərdən, hormonal statusun formalaşmasından məlumat verdi: davranışda, bədəndə gedən dəyişikliklər-üz dərisində yaranan səpkilər,gigyenik qaydalara riayət olunma,səs tellərinin formalaşması, reproduktiv statusunun formalaşması, düzgün qidalanma. Sonda şagirdlərə sağlam orqanizmin sağlam gəncliyin təməli olduğunun vaciblyini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi