Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi

Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar.(Sokrat)

07.04.2024-cü il tarixində asudə vaxtın səmərəli keçirilməsi ilə bağlı məktəbin 5a sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Svetlana Əmirovanın təşkilatçılığı ilə mütaliyəyə həsr olunmuş növbəti tədbirlərini Cəlil Məmmədquluzadənin ev muzeyində keçirdilər. Tədbirin bu muzeydə keçirilməsində məqsəd şagirdləri ədibin həyat və yaradıcılığı ilə tanış etmək, əsərlərində verilmiş milli-mənəvi dəyərlərimizin qorunması üçün apardığı mübarizə yolunu öyrətmək, təbliğ etmək idi. Şagirdlərimiz görkəmli ədibin yaradıcılığından mütaliə etdikləri əsərlərlə bağlı fikir və düşüncələrini məhz muzeydə səsləndirdilər. Bu gün şərq aləmində ilk satirik jurnal olan "Molla Nəsrəddin"in jurnalının çapından 118 il keçməsinə baxmayaraq nə qədər dəyərli olduğunu muzeydəki eksponatlar və muzey bələdçisi tərəfindən verilən məlumatlar bir daha sübut etdi. Şagirdlər görkəmli ədibimizin yaradıcılığı, ailəsi, "Molla Nəsrəddin" jurnalının fəaliyyəti haqqında məlumatları dinlədilər. Muzey bələdçisi tərəfindən verilən sualları cavablandırdılar. Şagirdlər müəyyənləşdirdilər ki, mütaliə insanın mədəniyyətini, dünyagörüşünü artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi