Milli Dəyərlərimiz filmlərdə və ədəbiyyatda!

 

Milli-mənəvi dəyərlərimizi qoruyaq layihəsi çərçivəsində tədbirlərimiz davam edir. 03.04.2024-cü tarixində məktəbin təşkilatçısı və psixoloqlarının təşkilatçılığı ilə V-VI sinif şagirdləri "Milli-dəyərlərimiz filimlərdə və ədəbiyyatda" mövzusunda mühazirə dinlədilər. Məqsəd xalqımızın adət-ənənələrinin əks olunduğu kitab və bədii məqalələrdən ibarət güşələrin yaradılması, milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi idi. Tariximizin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunub saxlanması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Biz milli-mənəvi dəyərlərimizlə fəxr etməli, onu qorumalı gələcək nəsillərə ötürməliyik. Sonda şagirdlər filmlərdəki milli dəyərlərimiz, adət-ənənələrimiz haqqında sujetlərə tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi