"İnformasiya təhlükəsizliyi" mövzusunda tədbir keçirildi

Məktəb-valideyn əməkdaşlığı çərçivəsində maarifləndirici tədbirlər davam edir. Növbəti tədbir informasiya təhlükəsizliyi haqqında "Övladlarımızı informasiya təhlükəsindən qoruyaq" adlı maarifləndirici tədbir idi. Müasir məktəbdə informasiya təhsil prosesinin əsas komponentlərindən biridir. Cəmiyyətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Bu baxımdan şagird və valideynlərin maarifləndirilməsi aktualdır.

Məktəbdə keçirilən tədbirin məqsədi uşaqlara və yeniyetmələrə informasiya təhlükəsizliyinin əsaslarını öyrətmək, informasiya mədəniyyəti aşılamaq, internet resuslarından düzgün və səmərəli istifadə etmə vərdişlərini aşılamaq, şagirdlərdə qeyri- müəyyən, əsassız məlumatları müstəqil tanımaq bacarığını inkişaf etdirmək , onları informasiya təhlukəsindən qorumaqdır. Məktəbin direktoru Məhluqə Əzizova tədbiri giriş sözü ilə açaraq "Məktəb-valideyn" əməkdaşlığı çərçivəsində görülən maarifləndirmə tədbirləri, bu tədbirlərin məqsədi və əhəmiyyəti haqqında məlumat verdi. Bildirdi ki məktəb-valideyn əməkdaşlığı çərçivəsində həyata keçirilən fəaliyyətlər şagirdlərin akademik nəaliyyətlərinin artmasına, sosial-emosional və intellektual ikişafına, eyni zamanda şagirdlərin məktəbdən sonrakı həyatına müsbət təsir göstərir. Bugünkü tədbirimizin məqsədi uşaq və yeniyetmələrin informasiya təhlükəsindən qorunması üçün valideynlərin maarifləndirilməsidir.

Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Səidə Əhmədova, Bakı şəhəri Baş Polis idarəsinin əməkdaşı polis polkovnik- leytenantı Kəmalə Ələkbərova, Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı Könül İsmayıova, məktəb psixoloqlarl , valideynlər, şagirdlər iştirak etdilər.

Çıxış edənlər internetdən gələn təhlükələr haqqında məlumat verdilər, onlayn formada gələn neqativ məzmunlu mətn, şəkil və digər təsiredici mesajlardan uzaq durmağı tövsiyə etdilər. İnternet resuslarından düzgün və səmərəli istifadə olunması ilə baglı şagird və valideynləri maarifləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi