“Novruz çərşənbələri” adlı tədbir keçirildi

12.03.2024 cü il tarixində məktəbin kimya müəllimi Şəhla Xudayarovanın təşkilatçılığı ilə “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində “Novruz çərşənbələri” adlı tədbir keçirildi. Məqsəd xalqımızın adət-ənənələrinə, milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması idi. Tədbiri məktəbin direktoru Məhluqə Əzizova giriş sözü ilə açaraq milli- mənəvi dəyərlərimiz, Novruz haqqında məlumat verdi. Şagirdlərin ifasında Noruza aid, yazın gəlişinə aid mahnılar oxundu, rəqslər ifa olundu.Novruz çərşənbələrinin tarixi haqqında məlumatlar verildi. Kosa və keçəl duzlu, məzəli çıxışları ilə tədbir iştirakçılarını əyləndirdilər. Sonda kimya fənni üzrə fənn müsabiqəsində uğurla çıxış edən şagirdlər Təşəkkürnamə ilə təltif olundular. Tədbirdə şagirdlər , valideynlər, müəllumlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi