“Milli-mənəvi dəyərlərimiz bədii ədəbiyyatda”

 

11.03.2024-cü il tarixində “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində kitabxana xətti ilə “Milli-mənəvi dəyərlərimiz bədii ədəbiyyatda” adlı tədbir keçirildi. Məqsəd xalqımızın adət-ənənələrinin əks olunduğu kitab və bədii məqalələrdən ibarət güşələrin yaradılması, milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi idi.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Məktəbin direktoru Məhluqə Əzizova tədbirin əhəmiyyəti haqqında danışaraq bildirdi ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tariximizin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunub saxlanması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Biz milli-mənəvi dəyərlərimizlə fəxr etməli, onu qorumalı gələcək nəsillərə ötürməliyik. Tədbir istedadlı şagirdlərin uşaq yazıçısı Sevinc Nuruqızının “Ağabəyim ağa” pyesi əsasında hazırladıqları tamaşa ilə davam etdi.

Sevinc Nuruqızı çıxış edərək bədii ədəbiyyatın rolu, milli-mənəvi dəyərlərin ədəbiyyatda əks olunması, onların əsərlər vasitəsi ilə şagirdlərə çatdırılması haqqında danışdı. Tədbirdə Sevinc Nuruqızı, şagirdlər, müəllimlər, valideynlər iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi