5 Mart- Bədən Tərbiyəsi və İdman günüdür

Elm və Təhsil nazirinin 28.02.2024-cü il tarixli 3-29/3-2-96f/2024 nömrəli əmri ilə 1-7 mart 2024-cü il tarixlərində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir. Məktəbdə idman həftəsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq fəaliyyətlər icra olunur. 05.03.2024-cü il tarixində “Sağlam bədəndə sağlam ruh olar” adlı əyləncəli idman frstivalı keçirildi. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı. Məktəbin direktoru Məhluqə Əzizova tədbirdə çıxış etdi. 5 Mart- Bədən Tərbiyəsi və İdman günü, idman həftəsinin məqsədi haqqında məlumat verdi. Bildirdi ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkəmizdə sağlam nəsil formalaşır. Cənab Prezidentimiz İlham Əliyevin idmana olan diqqət və nəzarəti nəticəsində bütün regionlarda idmanın inkişafı sürətlə və yüksək səviyyədə gedir. Bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. İdmançılarımızın qələbəsi cəmiyyətin vətənpərvərlik ruhunu artırır. Azərbaycanı güclü idman ölkəsi kimi tanıdır. Daha sonra şagirdlərə idmanla məşğul olmağı, idmanı həyat təsvirinə çevirməyi tövsiyyə etdi. Qeyd etdi ki, idman sizin həm fiziki, həm mənəvi, həm də zehni inkişafının formalaşmasında mühüm əhəmiyyətə malikdir.

Festivalda iştirak edən qonaqlar idman sahəsində dövlətin uğurlu siyasət aparmasından, idmanın əhəmiyyətindən danışdılar, şagirdlərə sağlam həyat tərzi formalaşdırmağı arzuladılar. Məktəbin istedadlı şagirdlərinin, idmansevərlərinin iştirakı ilə müxtəlif idman hərəkətləri, kompazisiyalar nümayiş olundu. Şən startların final mərhələsi keçirildi. Qalib komandalar diplom və müxtəlif hədiyyələrlə təltif olundular. Şəhər və rayon üzrə yarışlarda iştirak edən idmançılarımız Bakı şəhəri  gənclər və idman idarəsi tərəfindən diplom və sertifikatla təltif olundular.

Tədbirdə Yunan-Roma güləşi üzrə  3 qat Dünya Çempionu, böyüklər arasında 2 qat Avropa  çempionu, prezident mükafatçısı Eldəniz Əzizli,  Cüdo üzrə Yeniyetmə və Gənclər arasında  Avropa çempionu,  gənclər arasında ilk Dünya çempionu, böyüklər arasında Avropa və Dünya çempionatlarının bürünc mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının 2 qat qalibi, prezident mükafatçısı Nicat Şıxəlizadə, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbənin  baş məsləhətçisi Könül İsmayılova, Nizami rayon İdman və Gənclər İdarəsinin baş məsləhətçisi Valeh Əmrahov, valideynlər və şagirdlər iştirak etdlər. Sonda şagirdlərimiz idmançı qonaqlarla xatirə fotosu çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi