Pedaqoji şura iclası keçirildi

22.01.2021-ci il tarixində məktəbin pedoqoji şura iclası keçirildi. Məqsəd Azərbaycan respublikası Təhsil Nazirliyinin Kollegiyasının 18 yanvar 2021-ci il tarixli KQ-01 nömrəli qərarı ilə “Xüsusu karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydası”nın təsdiq edilməsi barədə təlimatı, hər bir fənn üzrə təhsil proqramında müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması üçün aparılan summativ qiymətləndirmənin yarımilin sonuna distant formada aparmaq qaydaları, yarımillik qiymətlərin hesablanması qaydaları ilə müəllimləri maarifləndirmək idi. İclasda çıxış edən məktəbin direktoru Məhluqə Əzizova ilk olaraq kollektivi salamladı, təlimat haqqında məlumat alan kollektivin nəzərinə çatdırdı. Müzakirələr aparıldı, fənnbirləşmə rəhbərlərinin təklifləri dinlənildi. İclasda digər məsələlərlə bağlı müzakirələr aparıldı. Müavinlərin, fənnbirləşmə rəhbərlərinin hesabatları dinlənildi. Sonda yarımillik qiymətləndirmənin təlimata uyğun aparılması,obyektiv və şəffaf keçirilməsi üçün kollektivə tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi