Pandemiya dövründə karantin rejimi qaydalarına əməl edirik

Məktəbdə tədrisə "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrinin tədris planlarının və tədris planına dair qeydlərin təsdiq olunması barədə" Təhsil Nazirinin 04.09.2020-ci il F-394 nömrəli əmrinə əsasən nəzarət olunur. Şagirdlər məktəbin həyətyanı sahəsində sosial məsafənin saxlanması məqsədi ilə  yerdə çəkilmiş xüsusi işarələrin üzərində dayanırlar. Növbə ilə məktəbə daxil olma prosesini tənzimləmək üçün əməkdaşlar təyin olunmuş və nəzarət edirlər.Şagirdlərin hərarətləri ölçülür, əlləri giriş və çıxış üçün nəzərdə tutulmuş spirt məhlulu ilə dezinfeksiya edilir.Sinif otaqlarında hər parta arxasında yalnız bir şagird oturur və şagirdlər arasında məsafənin 1.5 metrdən az olmaması təmin olunur. Dərs vaxtı 45 dəqiqə, dərslərarası məsafə 10 dəqiqədir. Növbələr arası fasilə 60 dəqiqə müəyyənləşdirilib. Məktəbin giriş və çıxışında valideyn sıxlığının yaranmaması üçün növbəlik qrafiki müəyyənləşdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi