"Son zəng" tədbirinin təşkil edilməsi qaydaları haqqında Pedaqoji İclas keçirilib

Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə 30 may tarixində Pedaqoji Şura keçirilib. İclasda məktəbin direktoru Zeynəb Əliyeva iclasın gündəliyi ilə pedaqoji heyəti tanış edib. Belə ki, ilk olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 8 may 2025 - ci il tarixli 00/TQC-01-100 nömrəli "Son zəng" tədbirinin təşkil edilməsi qaydaları haqqında təlimat məktubunu kollektivin nəzərinə çatdırıb. İclasda təlimata verilən nizam - intizam qaydalarına riayət etmək, tədbirin məqsədi təhsil həyatında mühüm bir mərhələni uğurla başa vurmaqdır.