M.Rəsulzadə 130
5 mart 2015-ci il tarixində məktəbdə tarix müəllimi İ.Kifayətin rəhbərliyi ilə VII-IX sinif şagirdlərinin ifasında M.Rəsulzadənin 130 illiyinə həsr olunmuş bədii kompozisiya göstərilmişdir. Kompozisiyada tarixi şəxsiyyətin həyatı, fəaliyyəti, müstəqil Azərbaycan respublikasının yaradılmasındakı rolu nümayiş etdirilmişdir. Tədbirdə şagirdlərin ifasında mövzuya uyğun olaraq musiqi parçaları səslənmiş, səhnəciklər göstərilmişdir. Tədbir həm video materialda həm də fotoşəkillərdə əks olunmuşdur.