WRC 2025-də uğurlu nəticə – komandamız III yerin qalibi oldu.

F. Gözəlov adına 124 nömrəli tam orta məktəb olaraq, gələcəyin mühəndislərini yetişdirməyə davam edirik.
WRC 2025 – World Robot Championship yarışında komandamız böyük uğura imza atdı. Bu gün keçirilən yarışın RC Craft kateqoriyası üzrə, komandamız III yerin qalibi oldu. Bu uğur Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və AREA – Azerbaijan Robotics Engineering Academy-nın dəstəyi ilə həyata keçirilən təlim və hazırlıq mərhələlərinin nəticəsidir.
Komandamızı təbrik edir və daha böyük uğurlar arzulayırıq.