Elm yarışında qələbə

2024–2025-ci tədris ilində Respublika Fənn Olimpiadasında F. Gözəlov adına 124 nömrəli tam orta məktəbi XI sinif şagirdi Kazımova Aybəniz Azad qızı təmsil etmiş və uğurla çıxış edərək bürünc medal qazanmışdır. Aybəniz bu nəticə ilə olimpiadada III yerə layiq görülmüşdür.
Məktəb kollektivi adından Kazımova Aybənizi və onun uğurunda böyük əməyi olan müəllimi Məmmədov Ülvini təbrik edir, hər ikisinə yeni-yeni uğurlar arzulayırıq.