Uğurlu təhsil yolu

23 iyun 2025-ci il tarixində Bakı şəhəri Xəzər rayonu F. Gözəlov adına 124 nömrəli tam orta məktəbdə 2024–2025-ci tədris ilinin məzunlarına tam orta təhsil haqqında attestatlar təqdim olunub. Təqdimat zamanı yüksək nəticələri ilə fərqlənən məzunlar – Məryəm Əlizadə və Aybəniz Kazımova fərqlənmə attestatı (qırmızı attestat) ilə təltif ediliblər. Məktəbin direktoru Reyhan Ələkbərova məzunları təbrik edərək onlara gələcək təhsillərində və həyat yollarında uğurlar arzulayıb.