31 mart soyqırımının acı gerçəkləri

30 mart 2018-ci il tarixində məktəbin X sinif şagirdləri ilə 31 mart soyqırımının yad edilməsi ilə əlaqədar xüsusi dərs keçirildi. Sinifdə erməni vəhşiliklərini əks etdirən şəkillər asılmış, soyqırım qurbanları üçün xüsusi güşə yaradılmışdı.
Dərs soyqırım dəhşətlərini əks etdirən videoçarxla başladı. 1905, 1918-ci il mart və 1992-ci il fevral faciələrini törədən erməni quldurlarının siyasi oyunları şagirdlərə çatdırıldı.
Xalq şairi B.Vahabzadənin “Gülüstan” poemasından hazırlanan səhnəcik dərsin ideya-bədii gücünü daha da artırdı.