İslam ölkələrinin həmrəyliyi və tolerantlıq

Bu gün məktəbimizdə İslam Həmrəyliyi oyunlarının bağlanışı ilə eyni gündə multikulturalizm dəyərlərini təbliğ edən "İslam ölkələrinin həmrəyliyi və tolerantlıq" adlı tədbir keçirildi.Tədbiri məktəbin tarix müəllimi Arzu Əliyeva X siniflərlə birlikdə hazırlamışdı.Tədbirin məqsədi IV İslam Həmrəyliyi Oyunlarını məktəblilərə sevdirmək, şagirdlərə dini tolerantlıq, islam xalqları arasında sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, islam mədəniyyəti , incəsənəti və tarixini təbliğ etməkdən ibarət idi.Tədbir çox böyük çoşqu ilə qarşılandı.