Müstəqilliyimiz əbədi olsun!

Mayın 28-də, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 ili tamam olur. Bu şanlı tarixlə əlaqədar məktəbin kitabxanasında 8c sinif şagirdləri ilə dəyirmi masa keçirildi. Tədbirdə məktəbin kitabxanaçıları, tarix müəllimi Arzu Əbilova və ədəbiyyat müəllimi Kəmala Əmirova iştirak etdilər.
Tarix müəllimi A. Əbilova ölkəmizin həyatında böyük əhəmiyyət kəsb edən, tariximizin ən parlaq səhifələrindən biri olan 28 May – Respublika Günü haqqında şagirdlərə geniş məlumat verdi. O, həmçinin bu dövlətin qurucuları və müstəqillik yolunda canını fəda edənlərdən danışdı.