Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş futbol turniri

F. Gözəlov adına 124 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş futbol turniri keçirildi. 9-11-ci siniflər arasında təşkil olunmuş bu turnirin əsas məqsədi məktəblilərdə fiziki hazırlığın artırılması, sağlam həyat tərzinin təbliği və idmana marağın təşviq olunması idi. Turnir çərçivəsində şagirdlər arasında həm rəqabət ruhu, həm də dostluq və əməkdaşlıq prinsipləri gücləndirildi. Yüksək təşkilatçılıq səviyyəsində keçirilmiş yarışlar gərgin idman mübarizəsi şəraitində, eyni zamanda əyləncəli və maraqlı ab-havada baş tutdu. Oyunların nəticələrinə əsasən siniflər aşağıdakı mövqeləri tutdular:

11-ci siniflər üzrə:

I yer – 11 Ç sinfi

II yer – 11 A sinfi

III yer – 11 B sinfi

10-cu siniflər üzrə:

I yer – 10 Ç sinfi

II yer – 10 A sinfi

III yer – 10 B sinfi

9-cu siniflər üzrə:

I yer – 9 B sinfi

II yer – 9 F sinfi

III yer – 9 D sinfi

Turnirin sonunda fərqlənən komandalar diplomlarla təltif olundu. Həmçinin bütün iştirakçı siniflərə fəallıqlarına və idmana göstərdikləri marağa görə təşəkkürnamələr təqdim edildi.

Bu cür tədbirlər şagirdlərin sosial və fiziki inkişafında mühüm rol oynamaqla yanaşı, ümummilli lider Heydər Əliyevin gənc nəslin tərbiyəsində irəli sürdüyü ideyaların təbliğinə də xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi