Tarixi keçmişə ekskursiya

    Elm və Təhsil Nazirliyi Respublika Uşaq- Gənclər Mərkəzi 2015-ci ildən etibarən hər il 18-25 may tarixində “Məktəblilər üçün muzey həftəsi” adlı maarifləndirici interaktiv proqram təşkil edir.

   Məktəbin iibtidai sinif müəllimi Əliyeva Rəvanə 4-cü sinif şagirdləri ilə birlikdə mərkəzin həyata keçirdiyi “ Muzeylər həftəsi” proqramına qoşularaq Qala Dövlət  Tarix – Etnoqrafiya Qoruğunda olmuş, Qala Arxeoloji etnoqrafik muzey kompleksində  ekskursiya etmiş, tarixi irsimizlə yaxından tanış olmuşlar.

   Bu cür ekskursiyalar, səfərlər şagirdlərin tarixi yerlərimizi tanımaqlarına, onların maariflənməsinə gözəl şərait yaradır, milli-mənəvi dəyərlərinin formalaşmasına böyük təsir edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi