Peşə liseyində “Açıq qapı” günündə iştirak

Məktəbin IX, X sinif şagirdləri 5 saylı peşə məktəbində keçirilən “Açıq qapı” günündə iştrak etdi. Məktəb üzrə koordinator Şakirli Nərgizin rəhbərliyi ilə şagirdlər peşə məktəbində təqdim olunan ixtisaslarla tanış oldular. Bu ixtisaslara xalçaçılıq, ağac nəqqaşı, gözəllik xidmətləri və s. daxil idi. Lakin şagirdlərin ən çox fikrini cəlb edən "Media audiovizual texnologiyalarin istismarı " ixtisası oldu ki , bu yeni yaranmış ixtisas haqqında verilən suallara peşə məktəbinin müəllimləri tərəfindən ətraflı cavablar verildi.