Tarix dərsində canlı diskussiya : Soyuq müharibə və bu gün

F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin tarix müəllimi M.Ülvi tərəfindən XI sinif şagirdləri ilə birlikdə "Soyuq müharibə və müasir dövrün siyasi hadisələri" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirin əsas məqsədi şagirdlərə XX əsrin 40-cı illərindən başlayaraq 90-cı illərinə qədər davam edən "Soyuq müharibə" dövrü haqqında geniş məlumat vermək, bu dövrün beynəlxalq münasibətlərə təsirini izah etmək və müasir dövrdə baş verən siyasi proseslərlə müqayisə aparmaq olub.
Dəyirmi masa zamanı şagirdlər fəal iştirak edərək mövzu ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Onlar bu tarixi hadisələrin dünya siyasətinə təsiri və bu günümüzdəki paralellər üzərində maraqlı müzakirələr aparıblar.
Müzakirələrin sonunda iştirak edən müəllimlər də mövzuya münasibət bildirərək, şagirdlərin fəallığını və analitik düşüncə qabiliyyətlərini yüksək qiymətləndiriblər. Bu kimi tədbirlər şagirdlərin həm tarixi biliklərini artırmaq, həm də ictimai-siyasi hadisələrə yanaşma tərzini formalaşdırmaq baxımından əhəmiyyətli rol oynayır.