Robotex Avrasiya Çempionatında məktəbimizin uğuru

124 nömrəli məktəbin Robotex 2025-də möhtəşəm nailiyyəti!

Mayın 4-də Baku Modern School-da keçirilən Robotex Avrasiya Çempionatında məktəbimizi təmsil edən 18 komanda böyük uğur qazandı:

7 komanda – I yer

4 komanda – II yer

3 komanda – III yer

4 komanda – Jury Award mükafatına layiq görüldü!

Qürurverici xəbər odur ki, qalibi olan komandalar Danimarkada keçiriləcək beynəlxalq final mərhələsinə vəsiqə qazanıblar!

Bu nailiyyətlərdə əzmlə çalışan şagirdlərimizin, zəhmətkeş müəllimlərimizin və dəstəkçi valideynlərimizin rolu böyükdür. Eyni zamanda, tədbirdə şəxsən iştirak edərək komandalarımıza mənəvi dəstək göstərən məktəbimizin direktoru Reyhan Ələkbərova xanımın dəstəyi də bizim üçün dəyərlidir.

Hər birinizi təbrik edir, komandalarımıza Danimarka finalında uğurlar arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi